Aygün Həsənoğlu
Doğum tarixi:
27 sentyabr 1967
Aygün Həsənoğlu Qəbələdə anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Qəbələ 2 saylı orta məktəbdə müəllim (1989-1996), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissə müdiri (1996-2002), Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında referent (2002-2004), böyük referent (2004-2007) işləyib.
2007-ci ildən yaradıcılıqla məşğuldur. “Azərbaycan əbəbiyyatında Şeyx Şamil” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb (2008).
2009-cu ildə “Elmi araşdırmalar” İctimai Birliyini quraraq “Ermənistan, əsir-girovları geri qaytar” təbliğat kampaniyasına başlayıb.
2012-ci ildən Türkiyədə yaşayır.
Dramaturgiya, ssenari, nəsr yaradıcılığı və publisistika ilə məşğul olur. 8 pyesi səhnəyə qoyulub, 9 kitabı nəşr edilib, 70-dən artıq məqaləsi çap olunub.
