Bəhram Osmanov

Rejissor Aktyor Ssenari müəllifi

Doğum tarixi:

01 oktyabr 1962


Bəhram Məcid oğlu Osmanov Gəncədə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1985).

1985-ci ildə Akademik Milli Dram Teatrının kiçik səhnəsində diplom işi üçün “Şüşə heyvanxana” (T.Uilyams) əsərini tamaşaya hazırlayıb. 1987-ci ildən quruluşçu rejissor kimi çalışıb. Bir çox teatrlarda dəvətlə tamaşalar hazırlayıb. Bir müddət Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb (2012-2022).

Əməkdar incəsənət xadimi (2007), Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimidir (2014). Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunub (2018). Cəfər Cabbarlı mükafatına layiq görülüb (2019).