Bəhruz Vaqifoğlu

Aktyor Rejissor Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor) Rejissor köməkçisi

Doğum tarixi:

25 oktyabr 1982


Bəhruz Vaqifoğlu (Bəhruz Əhmədli Vaqif oğlu) Zəngilanda anadan olub. 1993-cü ildən Bakıda yaşayır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr rejissorluğu ixtisasında təhsil alıb (2004-2008, Faiq Zöhrabovun kursu).

Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atıb, sonra Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinə üzv olub.

Nəsibə Zeynalova adına “Cənnət” Xalq Teatrında (2003-2005), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (2005-2006) çalışıb.

2006-cı ildən Dövlət Pantomim Teatrının aktyorudur. 2009-cu ildən həmin teatrda rejissor kimi də fəaliyyət göstərir, tamaşalara quruluş verir. 

Reklam çarxlarında, musiqi kliplərində çəkilib.

Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində çəkilib.

Zərifə Əliyeva adına məktəbdə və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (2017-ci ildən).

Mədəniyyət TV-də yayımlanmış “Kinokitab” verilişinin rejissoru olub (2021-2023).

Əməkdar artistdir (2016).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Azərbaycan Atabəyləri Rollarda, Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor)