Bəyimxanım Vəliyeva
Doğum tarixi:
20 sentyabr 1989
Bəyimxanım Ənvər qızı Vəliyeva (Bəyimxanım Mirzəyeva) Bakıda anadan olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xanəndəlik ixtisasında (1998-2007, Ağaxan Abdullayevin sinfi), Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsində (2007-2011, 2011-2013-magistratura, 2014-2017-doktorantura) təhsil alıb.
“Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb (2022). 2012-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir.
İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış edib. Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülüb (1994). “7-17” (1996), “Pöhrə-97” (1997) müsabiqələrinin laureatı olub. “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna, Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına (2002) layiq görülüb.
Azərbaycan Milli Konservatoriyanın dosentidir (2023).
“Humay” Milli Mükafatı ilə təltif edilib (2024).
Əməkdar artistdir (2015).
