Cavanşir Quliyevv

Bəstəkar Bəstəsindən istifadə olunub Filmi səsləndirən Musiqi ifaçısı Dirijor Səs rejissoru Aranjman Musiqi tərtibatçısı

Doğum tarixi:

22 noyabr 1950


Cavanşir Rəhim oğlu Quliyev Şəkidə anadan olub.

Şəki Musiqi Texnikumunda (1968), Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1968-1970, 1970-1975, Cövdət Hacıyevin sinfi) təhsil alıb.

Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb (1973-1990). Azərbaycan Konsert Birliyində bədii rəhbər (1990-1993), Akademik Milli Dram Teatrında musiqi hissə müdiri (1992-2005) işləyib. Bakı Musiqi Akademiyasında (1980-1998) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1994-2003) pedaqoji fəaliyyətlə məşğul olub. Uzun müddət Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professoru olub (2005-2021).

Müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədib. Beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”, ”Sonatina”, muğam səs sıralarında hazırlanmış royal üçün “Yeddi pyes”, çoxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”, simli orkestr və zurna üçün “Musiqi”, simfonik orkestr və zurna üçün “Uvertüra”, saz və skripka üçün “Sonata", dörd simfoniya, saz, fleyta və violonçel üçün “Karvan” triosu (2000), simli orkestr üçün “Dastan” (2001), dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün (“Atlas” - Hollandiya) “Bayatı”, “Məhəbbət oyunu” (2001) və “Yeddi məhbusə” operettaları,  “Oğuznamə” baleti, teatr tamaşalarına musiqi yazıb.

Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb.

“Humay” (2000), “Qızıl Dərviş” (2001), “Qızıl Pəri” (2015), Azərbaycan Kinematoqrafçılar İttifaqının “Milli Kinematoqrafiya qarşısında xidmətlərinə görə” (2015) mükafatlarına layiq görülüb.

Əməkdar incəsənət xadimidir (1992).