Çinarə Nüsrətli

Ssenari müəllifi Ssenari qrupunun rəhbəri

Doğum tarixi:

02 sentyabr 1991


Çinarə Nüsrətli (Çinarə Mustafayeva Kamil qızı) Mingəçevir şəhərində anadan olub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2014-2016), Bakı Biznes Universitetində (2023), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (2024-2028, davam edir) təhsil alıb.

“Oscar Production” şirkətində ssenarist və ssenari qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Bədii yaradıcılığa 2000-ci illərin əvvəlində başlayıb. Nüsrətli təxəllüsü ilə yazır. “Ümid” adlı ilk hekayəsi “Kaspi” qəzetində dərc edilib (2010). Yerli mətbuatda müntəzəm çıxış edir. Türkiyə türkcəsinə və türkcədən Azərbaycan dilinə bədii tərcümələri var.

Prezident təqaüdünə (2016), Gənclər və İdman Nazirliyinin “İlin gənci” adına (2018) layiq görülüb.

Hazırda “Mahud” milli geyim brendinin təsisçisisi və direktorudur.