Əhməd Anatollu

Aktyor

Doğum tarixi:

07 noyabr 1894

Vəfat tarixi:

07 aprel 1973


Əhməd Anatollu (Əhməd Səfərov Muxtar oğlu) Bakıda anadan olub. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı “Qaçaq Kərəm” (Vano Mçedaşvili) tamaşasında çıxıb. “Nicat” truppasında, “Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında oynayıb. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında (1922–1925), Azərbaycan Dövlət Dram Teatrında (1923–1924), Tiflis Dövlət Türk Dram Teatrında (1926-1927), Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1939–1949) çalışıb. 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləyib. Milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardandır. "Anatollu" onun səhnə təxəllüsüdür.

Əməkdar artist (1940) Əhməd Anatollu 1973-cü ildə vəfat edib.