Əjdər Həmidov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

28 sentyabr 1953

Vəfat tarixi:

24 noyabr 2020


Əjdər Qüdrət oğlu Həmidov Dəvəçinin (indiki Şabran) Mollakomalı kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1979).

1979-cu ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib, 2020-ci ilə qədər burada çalışıb.

Əməkdar artist (2002), Xalq artisti (2018) Əjdər Həmidov 2020-ci ildə vəfat edib, Şabran rayonunun Aygünlü kəndində dəfn olunub.