Elbəy Rzaquliyev
Doğum tarixi:
17 iyun 1926
Vəfat tarixi:
15 sentyabr 2007
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1946), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1946-1953) təhsil alıb.
1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb.
Yerli və xarici sərgilərin iştirakçısı olub. Əsərləri bir çox muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycan Rəssamlar İttifaqının katibi olub (1977-1987).
“Şöhrət” ordeninə layiq görülüb (1998).
Əməkdar incəsənət xadimi (1964), Xalq rəssamı (1977), Dövlət mükafatı laureatı (1986) Elbəy Rzaquliyev 2007-ci ildə vəfat edib.
