Elşən Şıxəliyev
Aktyor
Doğum tarixi:
28 avqust 1974
Elşən Telman oğlu Şıxəliyev (Elşən Telmanoğlu) Göyçayda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995).
1992-ci ildən Kamera Teatrında, Tənqid-Təbliğ Teatrında çalışıb. 1999-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.