Fuad Əfəndiyev

Aktyor

Doğum tarixi:

23 fevral 1909

Vəfat tarixi:

20 sentyabr 1963


Fuad Ələddin oğlu Əfəndiyev Tiflis quberniyasının Axaltsix qəzasının Atsxuri kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb (1928).

Azərbaycan Dövlət Tibb Universitetində 2-ci fakültə cərrahlığı kafedrasının müdiri işləyib (1944-1963). 1957-ci ildə onun təşəbbüsü ilə 4 saylı klinikada köks cərrahlığı şöbəsi yaradılıb. Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutu direktorunun müavini (1960), Respublika Qanköçürmə stansiyasının direktoru, Elmi Tədqiqat Vərəm İnstitutunun Ağciyər cərrahiyyəsi şöbəsinin müdiri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı (1943–1952), Dördüncü Baş İdarənin Cərrahiyyə şöbəsinin müdiri (1946–1963) vəzifəsində çalışıb. Tədqiqatları döş qəfəsi cərrahiyyəsi, hematologiya, qankörçümə, qanın laxtalanması haqqında olub, Plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla təyin etməyə imkan verən orijinal üsül təklif edib (“Əfəndiyev sınağı”), ağciyər əməliyyatlarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaradıb, hemotoks və hesartrozların ekspress üsulla müalicəsinin mümkün olduğunu göstərib. 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitləri­nin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olub. Döş qəfəsi cərrahiyyəsi, ürək cərrahlığı və qanköçürmə sahəsində beynəlxalq miqyasda tanınıb.

Tibb elmləri namizədi (1934), tibb elmləri doktoru (1943), professor (1943), Əməkdar həkim (1942), Əməkdar elm xadimi (1956), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1959),  iki dəfə Bakı Şəhər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin IV çağırışını deputatı olan Fuad Əfəndiyev 1963-cü ildə vəfat edib.