Fuad Poladov
Doğum tarixi:
24 may 1948
Vəfat tarixi:
05 may 2018
Fuad Ağarəhim oğlu Poladov Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında Kinoaktyor kursunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində (1967-1972) təhsil alıb. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” (İlyas Əfəndiyev) pyesinin tamaşasında Savalan rolunu oynayıb (1969). Azərbaycan Dövlət Milli Dram Teatrının aktyoru olub (1969-1989). 1989-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb (1989-2018). Bu müddətdə “İbrus” Teatrında və Milli Dram Teatrında tamaşalarda çıxış edib. Xarici film istehsalçılarının “Dədə Qorqud hekayələri” (2006-2007 / Türkiyə) serialında Dədə Qorqud rolunda, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) serialında Əbdu Salih rolunda çəkilib.
“Apofiqey” tamaşaçı rəğbəti (1994, 1995, 1996, 1998), “Humay” (1998), “Qızıl çıraq”, “Qızıl Dərviş” (2007), “Cəfər Cabbarlı” (2016), “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Pəri” (2015) mükafatçısıdır.
Əməkdar artist (1982), Xalq artisti (1987) Fuad Poladov 2018-ci ildə vəfat edib, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Aktyor Fuad Poladov prodüser Ağarəhim Poladovun atasıdır.

Filmoqrafiya
-
Ad günü Rollarda