Güşvər Şərifova
Doğum tarixi:
30 may 1962
Güşvər Fətulla qızı Şərifova (Güşvər Şərif) Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Uşaqlığı Zəngilanın Seyidlər kəndində keçib.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1984).
Gəncə Dövlət Dram Teatrında (1984-1995), Bakı Kamera Teatrında (1995-2003) aktrisa işləyib.
2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində Malik Naxararyanın anası rolunda çəkilib.
Əməkdar artistdir (2018).
Aktrisa Güşvər Şərifova aktrisa Leyli Vəliyevanın bacısıdır.
Aktrisa Güşvər Şərifova dramaturq, ssenarist Rövşən Ağayevin həyat yoldaşı olub.
Aktrisa Güşvər Şərifova aktyor Asiman Ağa Rövşənin anasıdır.

Filmoqrafiya
-
Arxa cəbhə Rollarda