Hüsniyə Məhərrəmova
Doğum tarixi:
30 sentyabr 1981
Hüsniyə İkram qızı Məhərrəmova Bakıda anadan olub.
Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano sinfində (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsində (1999-2003), Bakı Musiqi Akademiyasının Solo oxuma fakültəsində (2003-2007), Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Musiqişünaslıq fakültəsinin magistraturasında təhsil alıb.
“Sing Your Song” müsabiqəsində 3-cü yerə layiq görülüb. Bir çox klassik musiqi konsertlərində çıxış edib.
İctimai televiziyada prodüser, aparıcı, Musiqili və əyləncəli verilişlər departamentinin direktor müavini kimi çalışıb (2005-2014). “Euromedia” şirkətinin Bakı şöbəsinin icraçı direktoru (2014-2016), Azad Azərbaycan televiziyasının aparıcısı (2013-2019), Azərbaycan televiziyasının Beynəlxalq əlaqələr və protokol departamentinin rəhbəri (2019-2020), aparıcı (2019-2020), Avroviziya Mahnı Müsabiqəsində Müşahidə Şurasının üzvü, şərhçi, aparıcı, nümayəndə heyətinin üzvü (2008-2012) və rəhbəri (2012-2014, 2019) kimi fəaliyyət göstərib.
Hazırda ABŞ-da yaşayır.
