İbrahimbəy Musabəyov
Doğum tarixi:
01 yanvar 1880
Vəfat tarixi:
14 sentyabr 1942
İbrahimbəy Mehdibəy oğlu Musabəyov Qəbələdə anadan olub.
Zaqafqaziya Müəllimlər Seminariyasında (Qori seminariyası, 1898-1902) təhsil alıb.
1902-ci ildə Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayıb. 1911-ci ildə Bakıya gəlib. Birinci rus-tatar məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 1913-cü ildən ədəbi fəaliyyətə başlayıb. Didaktik, təlim və tərbiyəyə dair hekayələrini “Məktəb” jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirib. Povestləri var. “Neft və milyоnlar səltənətində” romanının motivləri əsasında ilk Azərbaycan tammetrajlı filmlərindən biri lentə alınıb.
Sovet hökuməti tərəfindən xalq düşməni iddiası ilə həbs olunub, 1942-ci ildə sürgündə - Qazaхıstanın Karaqanda şəhərində vəfat edib.