İmir Məmmədli
Doğum tarixi:
07 avqust 1957
İmir Məmməd oğlu Məmmədli Gürcüstanın Kaspi rayonunda anadan olub. Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1975-1980).
1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi əmək fəaliyyətinə başlayıb. Gürcüstan Yazıçılar İttifaqında, “Sovet Gürcüstanı” qəzeti redaksiyasında çalışıb. Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Uzun müddət İctimai radionun Ədəbiyyat və incəsənət departamentinin direktoru vəzifəsində çalışıb (2005-2018). 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışır.
Poeziya yaradıcılığına məktəb illərindən başlayıb. Dörd pyesi tamaşaya qoyulub: “Açar”, “İşıq tozu”, “Çarə”, “Oğru-doğru”. Elmi yaradıcılıq və tərcümə işləri ilə də məşğul olub. 9 kitab müəllifidir. “Müasir azərbaycan nəsrinin antologiyası”, Afaq Məsudun seçilmiş əsərlərini, həmçinin Məhəmməd Peyğəmbərin kəlamlarını, Yunus İmrənin, Aşıq Ələsgərin və başqa ədiblərin əsərlərini gürcü dilinə tərcümə edib.
Türkiyədə ssenarisi əsasında “Xoruz Bayram” filmi çəkilib (2018, rejissor Mustafa Diyar Demirsoy).
Şota Rüstavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin gürcü dilindən Azərbaycan dilinə tərcüməsinə görə Gürcüstanın Dövlət Mükafatına (2001), həmçinin Gürcüstanın “Şərəf” Ordeninə (1998), Gürcüstan Yazıçılar İttifaqının “Maçabeli” Dövlət Mükafatına (1997), “Ugart” ədəbi mükafatına (2005) layiq görülüb.

Filmoqrafiya
-
Açar Ssenari müəllifi