İzzət Orucova
Doğum tarixi:
16 sentyabr 1909
Vəfat tarixi:
22 aprel 1983
İzzət Mirzəağa qızı Orucova Bakıda anadan olub.
Azərbaycan Neft İnstitutunda təhsil alıb (1932).
V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri (1971-1983) vəzifələrində çalışıb. Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir.
İlk Azərbaycan kino aktrisalarındandır.
Texnika elmləri doktoru (1962), professor (1962), Əməkdar elm və texnika xadimi (1964), Dövlət mükafatı laureatı (1970), akademik (1972) İzzət Orucova 1983-cü ildə vəfat edib.
