Cəlaləddin Qasımov

Rejissor Ssenari müəllifi Baş prodüser

Doğum tarixi:

26 mart 1967


Cəlaləddin Qəzənfər oğlu Qasımov Tovuzda anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix ixtisasında, Ukrayna Beynəlxalq Hüquq Akademiyasında və Azərbaycan Polis Akademiyasında təhsil alıb.

1997-ci ildən polis orqanlarında çalışıb.

Bədii yaradıcılıqla da məşğuldur. Bir neçə roman, povest və çoxsaylı məqalələrin müəllifidir. Yazıları qəzet və jurnallarda, internet portallarında müntəzəm olaraq dərc edilir. “27 ildən sonra”, “Çingiz xanın xəzinəsi” (2013), “Tariximizin açılmayan sirləri” (2015), “Vətən uğrunda vuran ürəklər” (2015), “Bir rəisin gündəliyi” (2019) kitabları çap olunub.

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, araşdırmaçı-yazar, polis mayorudur.

2017-ci ildən kino sahəsində çalışır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Acı xatirə Rejissor, Ssenari müəllifi, Baş prodüser