Laləzar Mustafayeva
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
30 sentyabr 1962
Laləzar Bəşir qızı Mustafayeva Balakənin Qullar kəndində anadan olub.
Mədəni Maarif Texnikumunun Rejissorluq fakültəsində (1980-1982), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1985-1990) təhsil alıb.
Təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Bədii qiraət ustası kimi də tanınır.
Əməkdar artist (1998), Xalq artistidir (2002).
Aktrisa Laləzar Mustafayeva aktrisa Vüsalə Nəbiyevanın anasıdır.
