Maarif Məmmədov
Doğum tarixi:
28 sentyabr 1960
Vəfat tarixi:
26 may 2015
Maarif Adil oğlu Məmmədov Bakının Mərdəkan qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsində təhsil alıb.
8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində Mərdəkan Xalq Teatrının tamaşalarında rol alıb, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. 1999-cu ildən “Ordan-burdan” verilişinin müəllifi və rejissoru olub. İlk əyləncəli proqram olan “7 alma” verilişinin müəllifidir.
Pyesləri teatr səhnələrində tamaşaya qoyulub.
“Şou Qərib” (2013) və “Əsas adam” (2015) kitabları nəşr olunub.
Maarif Məmmədov 2015-ci ildə vəfat edib, Mərdəkan qəbiristanlığında dəfn olunub.
Rejissor, dramaturq Maarif Məmmədov aktrisa, rejissor Sədaqət Maarifin həyat yoldaşı olub.
