Mərahim Fərzəlibəyov
Doğum tarixi:
26 iyun 1949
Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda anadan olub.
Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1970-1975, Georgi Tovstonoqovun kursu).
Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında “Hello Doli” müzikl–operettasını (Maykl Stüart, Cevri German) tamaşaya hazırlayıb. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. 1980-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasının nəzdində Kino-Aktyor Teatrı truppasında bir neçə tamaşaya quruluş verib. Təyinatla Qroznı Dövlət Rus Dram Teatrında rejissor işləyib (1975-1977). Daha sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977-1981), Akademik Milli Dram Teatrında rejissor (1981-2006), baş rejissor (2006-2012) kimi çalışıb. 2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissoru, 2018-ci ildən baş rejissorudur.
Əməkdar artist (1982), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2019).