Namiq Məna

Aktyor

Doğum tarixi:

01 noyabr 1971


Namiq Məna (Namiq Həsən oğlu Əliyev) Sumqayıtda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb.

10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. "De gəlsin" söz yarışmasının qalibi olub (2006). "Sözüm var, Sözün var?" adlı layihənin müəllifi olub.

AYB Qubadlı regional bölməsinin sədri, Mədəniyyət nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşıdır.

Bir neçə kitab və bir çox şeirlərin müəllifidir.

“Tərəqqi” medalına layiq görülüb (2019).

Meyxana ifaçısı Namiq Məna aktyor Ələkbər Əliyevin qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Kişi ol Rollarda