Nərgiz Kərimova

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

13 avqust 1970


Nərgiz Faiq qızı Kərimova Bakıda anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində (1977-1988), Bakı Musiqi Akademiyasının vokal sinfində (1988-1992) təhsil alıb.

Bəstəkarlar İttifaqı adından keçirilən Musiqi Festivalının (1988), “Qızıl payıl-89” Respublika müsaqibəsinin (1989), “Yeni adlar” III Ümumittifaq müsabiqəsinin (1990, Moskva) laureatı olub.

2002-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrına aktyor vəzifəsinə qəbul edilib.

Əməkdar artistdir (2012).

Müğənni, aktrisa Nərgiz Kərimova teatr rejissoru, aktyor Faiq Zöhrabovun qızıdır.