Nəsimi Məmmədoğlu

Rejissor

Doğum tarixi:

26 avqust 1973


Nəsimi Məmmədoğlu (Nəsimi Əliyev Məmməd oğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (1996-2000).

Əmək fəaliyyətinə 1990-cı ildən Azərbaycan televiziyasında rejissor köməkçisi kimi başlayıb. Lider televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib (2001-2007). 2007-ci ildən İctimai televiziyanın əməkdaşıdır.

Polşalı rejissor Kşiştov Zanussinin rəhbərliyi altında keçirilən İsveçrənin “AVANTİ” layihəsində işttirak edib və bu layihənin sənədli filmlər bölməsinin qalibi olub (2004-2006). Müxtəlif beynəlxalq festivalların qalibidir.

Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və QN Uşaq Kino Məktəbində dərs deyib (2015-2017).

“Tərəqqi” medalı ilə təltif olunub (2020).