Nurəddin Tağıyev
Rejissor
Ssenari müəllifi
Rejissor assistenti
Doğum tarixi:
23 fevral 1944
Vəfat tarixi:
01 oktyabr 2011
Nurəddin Məmməd oğlu Tağıyev Gürcüstanın Tbilisi şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1969).
1991-ci ilə qədər Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində rejissor vəzifəsində çalışıb.
1991-ci ildən Mədəniyyət Nazirliyi sistemində Bədii Sərgi Salonunun direktoru, daha sonra isə ömrünün sonunadək Dövlət Rəsm Qalereyasının direktor müavini olub.
Əməkdar mədəniyyət işçisi (2007) Nurəddin Tağıyev 2011-ci ildə vəfat edib.
