Ramil Ələkbərov

Ssenari müəllifi Redaktor Rejissor Aktyor Xətt prodüseri Prodüser

Doğum tarixi:

16 yanvar 1979


Ramil Gülmalı oğlu Ələkbərov Şamaxıda anadan olub.

Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb.

AzSTV Samanyolu televiziyasının Azərbaycan bürosunda müxbir (2003-2005), İctimai televiziyada redaktor (2005-2021), Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media (Kinematoqrafiya) şöbəsində aparıcı mütəxəssis (2021-2022), “Azərbaycanfilm” kinostudiyasında Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və mətbuat katibi (2022-2024) olaraq çalışıb.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının proqram direktoru olub (2013-2017).

“Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində Polşa kinematoqrafçılarının iştirakı ilə “Bakı sübhdən günbatanadək” layihəsində sənədli film üzrə master-klassların və “Euronews” kanalının xəbər təlimlərinin iştirakçısı olub (2014).

“MOZALAN: Biz və Zaman” Film festivalında “Ən obyektiv jurnalist” (2004) və “Əkinçi” Jurnalist Cəmiyyətinin “Həsən bəy Zərdabi” adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. “Kinozal” verilişinə görə (prodüser və müəllif, Xəzər TV) Mədəniyyət və Turizm Nazirliyinin televiziya sahəsində ən yaxşı jurnalist işi nominasiyasında ikincilik mükafatı qazanıb (2009).

Müxtəlif sosial çarx, reklam və korporativ filmlərdə, serial, televiziya layihələri, animasiya, sənədli və bədii filmlərdə ssenari müəllifi, kopirayter, rejissor, ikinci rejissor, redaktor və prodüser kimi çalışıb.

2024-cü ildən “kinoinfo.az” kino xəbərləri saytının redaktoru, “Kinobiz” MMC-nin direktorudur.

2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.


Fotolar