Şamil Mahmudbəyov
Doğum tarixi:
06 fevral 1924
Vəfat tarixi:
18 may 1997
Şamil Fərəməz oğlu Mahmudbəyov Naxçıvanda anadan olub.
Dəmiryol Texnikumuna qəbul olunub. Məktəbi bitirən il müharibə başlayıb. Könüllülər sırasına yazılıb, Qroznıda hərbi-texniki məktəbi bitirib. Birinci Ukrayna Cəbhəsində döyüşən hissənin tərkibində vuruşub. Ordudan tərxis olunduqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1954, S.Gerasimov və T.Makarovanın kursu).
1954-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Bir çox sənədli və bədii filmlərin rejissoru olub, aktyor kimi rollar ifa edib.
“Şərikli çörək” filminə görə Dövlət Mükafatına layiq görülüb.
Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1970) Şamil Mahmudbəyov 1997-ci ildə vəfat edib.
