Samirə Əliyeva

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

29 sentyabr 1981


Samirə Zimirxan qızı Əliyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kütləvi tədbirlər rejissorluğu (1998-2002, bakalavr) və mədəniyyətşünaslıq (2002-2004, magistratura) ixtisaslarında təhsil alıb.

1991-ci ildən aşıq sənəti ilə məşğuldur.

2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. 2022-ci ildən Aşıq sənəti kafedrasının müdiridir.

Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru (2013), dosent (2019), Əməkdar mədəniyyət işçisidir (2014).