Sədaqət Kərimova

Prodüser Əsərindən istifadə olunub Ssenari müəllifi Bəstəkar Rejissor

Doğum tarixi:

30 mart 1953


Sədaqət Qayınbəy qızı Kərimova Qusarda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1969-1974). Məktəb illərindən qəzet və jurnallarda şeir, hekayə və məqalələrlə çıxış edib. “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərində müxbir, “Həyat”, “Azərbaycan” qəzetlərində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərib. 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur.

40 nəzm və nəsr kitabının müəllifidir. Həmmüəllif olaraq “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitabları çapdan çıxıb (2015).

Sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısı müğənnilər tərəfindən ifa olunub. 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına rəhbərlik edib, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib.

Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (1984) və Həsənbəy Zərdabi adına (1991), Dağıstan Respublikasının “Şarvili” mükafatına (2019) layiq görülüb. Əməkdar mədəniyyət işçisidir (2006).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Hal Rejissor, Ssenari müəllifi, Bəstəkar, Əsərindən istifadə olunub, Prodüser