Səxavət Sahil
Doğum tarixi:
01 yanvar 1982
Səxavət Sahil Bakıda anadan olub.
Azərbaycan Dövlət Neft Akademiyasında (1999–2003), Bakıdakı Niderland Jurnalistika Məktəbində (2005), Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2012–2014), Türkiyənin Ərdəhan Universitetinin Türk Dili və Ədəbiyyatı fakültəsində (2016–2018, magistr) təhsil alıb.
“Gün” qəzetində müxbir (2000-2006), Azad Azarbaycan televiziyasının Xəbərlər departamentində müxbir (2006–2010), Atvxeber.az xəbər saytının rəhbəri (2010-2014), “Xəzər” Dünya ədəbiyyatı dərgisində internet üzrə redaktor (2014-2018) işləyib.
“Avanqard.net” mədəniyyət portalının təsisiçisi və baş redaktorudur (2012). 2014-cü ildə “Avanqard” ədəbiyyat jurnalını təsis edib.
Mətbuatda şeir, hekayə və məqalələri dərc olunub. Şeirləri ingilis, türk, özbək, ukrayna və rus dillərinə tərcümə edilib. “Hər zaman və heç vaxt” adlı şeirlər kitabı (2009), “İsanın qadını” romanı (2014), “Nar ağacının nəğmələri” adlı şeirlər toplusu (2019) çap olunub.
Hazırda Azərbaycan televiziyasında çalışır.

Filmoqrafiya
-
Azərbaycan Atabəyləri Ssenari müəllifi