Sürəyya Qasımova

Aktrisa

Doğum tarixi:

28 sentyabr 1934

Vəfat tarixi:

23 iyul 2005


Sürəyya Məcid qızı Qasımova (Surayə Qasımova) Gürcüstanın Tbilisi şəhərində anadan olub.

Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakültəsində təhsil alıb (1953-1958).

İnstitutu bitirdikdən sonra orada laborant vəzifəsində işə başlayır. Bir müddətdən sonra alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin edilir. Hələ tələbə ikən elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib.

Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub. Azərbaycan Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində oynayıb.

Həm də gözəl səsə malik olub. Moskvada VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasında uğurla çıxış edib.

Sürəyya Qasımova 2005-ci ildə vəfat edib.