Tofiq Məmmədov (II)
Doğum tarixi:
10 fevral 1957
Vəfat tarixi:
19 may 2022
Tofiq Sadıq oğlu Məmmədov Ordubadın Dırnıs kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı mühəndis ixtisasında təhsil alıb (1982).
Müxtəlif təşkilatlarda elektrik, usta, iş icraçısı, şöbə rəisi, baş mühəndis, tikinti idarəsinin rəisi (1982-1986), AMEA-nın Botanika İnstitutunda direktor müavini (1986-1996), Mərdəkan Dendrarisinin direktoru (1996-2021), AMEA-nın Dendrologiya İnstitutunun direktoru (2021-2022) vəzifələrində çalışıb.
24 kitabın (“Otaq bitkiləri ensiklopediyası”, “Ekoloji amillərə görə Abşeronda yaşılaşdırma”, “Abşeronun ağac və kol bitkiləri”, “Azərbaycan dendroflorası”-nın I cildi, “Azərbaycanın nadir ağac və kol bitkiləri” və s.), yerli və xarici mətbuatda dərc edilən 135-ə qədər elmi məqalənin və 6 patentin müəllifidir.
Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedrasının professoru olub: “Bəzək gülçülüyü” və “Bitki ekologiyası” proqramları onun tərəfindən tədris edilib.
“Şöhrət” ordeni ilə təltif olunub (2015).
AMEA-nın müxbir üzvü (2007-2022), biologiya elmləri doktoru, professor Tofiq Məmmədov 2022-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat qəzası zamanı vəfat edib.
