Ülviyyə Könül
Rejissor
Ssenari müəllifi
Layihə rəhbəri
Doğum tarixi:
28 sentyabr 1972
Ülviyyə Könül (Ülviyyə Kərimova Oqtay qızı) Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində təhsil alıb (1991–1995).
“Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib (1992–1996). Musiqi kliplərinin, sosial və reklam çarxlarının, tədbir və konsertlərin rejissoru olub. Azərbaycan televiziyasının baş rejissoru (2019-2021), Mədəniyyət televiziya kanalının direktoru (2021-2023) vəzifələrində çalışıb.
“Dəşti” musiqi klipinə görə “Humay” mükafatına layiq görülüb (2000).
Əməkdar incəsənət xadimidir (2016).
