Vidadi Əliyev

Aktyor

Doğum tarixi:

01 sentyabr 1945


Vidadi Hüseyn oğlu Əliyev Ağstafa rayonunun Göyçəli kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1967).

Təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib. Uzun müddət bu teatrda çalışıb, bir müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri olub (1988-2000). Rejissor kimi bir neçə tamaşaya quruluş verib. Bakı Uşaq Teatrının aktyoru olub.

Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalı ilə (2007) və “Tərəqqi” medalı ilə (2013) təltif edilib. Əməkdar artist (1978), Xalq artistidir (2019).

Aktyor Vidadi Əliyev aktrisa Elmira İsmayılovanın həyat yoldaşıdır.
Aktyor Vidadi Əliyev prodüser Oqtay Əliyevin və media mütəxəssisi Elçin Əlibəylinin atasıdır.