Xamis Muradov

Rejissor Ssenari müəllifi Prodüser Baş prodüser Bədii rəhbər İkinci rejissor Rejissor assistenti Rejissor köməkçisi Aktyor

Doğum tarixi:

15 sentyabr 1943


Xamis Bəkir oğlu Muradov (Xamiz Muradov / Xamiz Muğal) Qaxın Muğal kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1962-1966), Moskvada Ali rejissorluq və ssenari kurslarının Rejissorluq bölməsində (1969-1971) təhsil alıb.

1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Salnamə” sənədli filmlər studiyasına (1988-2001), “Azərbaycanfilm” kinostudiyasına (2002-2011) rəhbərlik edib.

70-dən çox sənədli filmin rejissorudur. Onlarla bədii filmə prodüserlik edib. “9 dəqiqə” sənədli filminə görə “Ən yaxşı sənədli film” nominasiyası üzrə Qızıl Çıraq Milli Kino Mükafatına layiq görülüb (2003).

Əməkdar incəsənət xadimi (2000), Xalq artisti (2005), Dövlət mükafatı (1988), “Humay” mükafatı laureatıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron rəngləri Rejissor
  • Film Buta (II) Baş prodüser