Zemfira Əbdülsəmədova
Doğum tarixi:
15 mart 1961
Zemfira Feyzulla qızı Əbdülsəmədova Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982).
1982-ci ildə təyinatla Şəki Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. Daha sonra Musiqili Komedya Teatrında (1985-1989) və Gənclər Teatrında fəaliyyət göstərib (1989-2006). 2015-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Türkiyə istehsalı olan “Yanlış anlama” (2017, rejissor Ulaş Cihan Şimşek) filmində çəkilib.
“4.4 Qısa Tamaşalar Festivalı”nda “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb (2022).
Pedaqoji fəaliyyətlə də məşğuldur, Azərbaycan Milli Konservatoriyasının tərkibində olan İncəsənət Gimnaziyasında dərs deyir.
Aktrisa Zemfira Əbdülsəmədova aktyor Ədalət Əbdülsəmədin həyat yoldaşıdır.

Filmoqrafiya
-
Açar (II) Rollarda
-
Pərdə Rollarda