Zülfüqar Hacıbəyov

Bəstəkar

Doğum tarixi:

17 aprel 1884

Vəfat tarixi:

30 sentyabr 1950


Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov Şuşada anadan olub. Üzeyir və Ceyhun Hacıbəyovun böyük qardaşıdır.

İlk Azərbaycan operettası "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Adı “Aşıq Qərib”lə (1915) mədəniyyət tariximizə opera müəllifi kimi düşüb. Öz librettoları əsasında yazdığı “Əlli yaşında cavan” (1909), “Varlı” (1911), “Məşədi Xudu”, “Evliykən subay” (1911) musiqili komediyaları var. “Kənd qızı”, “Əsgər nəğməsi” və s. mahnıları dövrün dillər əzbəri idi. Fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azərbaycan qadınının rəqsi”, bəstəkar Zakir Bağırovla birgə işlədiyi “Kantata” uzun illər ictimai zövq meyarı kimi səsləndirilib.

Əməkdar incəsənət xadimi (1943) Zülfüqar Hacıbəyov 1950-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Zülfüqar Hacıbəyov bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Bəstəkar Zülfüqar Hacıbəyov dirijor, bəstəkar Niyazinin atasıdır.