Tokio Beynəlxalq Film Festivalı
Təsis tarixi: 1985
Məkan: Tokio / Yapnoiya
Tokio Beynəlxalq Film Festivalı 1985-ci ildən 1991-ci ilə qədər iki ildə bir dəfə, həmin vaxtdan sonra isə hər il keçirilməyə başlanılıb. FIAPF-a (Beynəlxalq Film Prodüserləri Assosiasiyaları Federasiyası) əsasən, Asiyada müsabiqəli film festivallarından biri, Şanxay Beynəlxalq Film Festivalından sonra Asiyanın ikinci ən böyük film festivalı və FIAPF tərəfindən akkreditasiya olunmuş yeganə Yaponiya festivalıdır.
34-cü Tokio Beynəlxalq Film Festivalı
Durna çırağı - “İncəsənətə töhfəyə görə” xüsusi mükafat (2021, Tokio / Yaponiya)
Sayt:
www.tiff-jp.net