Mayın 1-də Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub. Təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda,...