Ədalət Şükürov
Musiqi ifaçısı
Aktyor
Doğum tarixi:
22 aprel 1966
Ədalət Zakir oğlu Şükürov Sumqayıtda anadan olub.
Sankt Peterburq İncəsənət İnstitutunun Kütləvi tədbirlər rejissoru fakültəsində təhsil alıb (1987-1992).
Sankt Peterburqun 5-ci kanalında “Adamovo yabloko” verilişinin rejissoru olub. Bir müddət Luqa şəhərinin baş rejissoru işləyib və kütləvi tədbirlər keçirib. Sonra mahnı bəstələyib, şeirlər yazıb, ifa edib. İlk oxuduğu mahnı “Nişan üzüyü” olub. İlk dəfə AzTV1\-də çıxışını da məhz həmin mahnı ilə edib. “Salsa Viva” rəqs məktəbini bitirib. Dizaynerliklə də məşğuldur.
Əməkdar artist (2006), Dağıstan Respublikasının Xalq artistidir (2015).