Adil Qulamov

Prodüser İcraçı prodüser Direktor Direktor müavini Aktyor Fotoqraf

Doğum tarixi:

21 may 1962


Adil Kərim oğlu Qulamov (Adil Qulami) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb (1989-1994). 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Qazaxıstan istehsalı olan “Mustafa Şokay” (2008, rejissor Satıbaldı Narımbetov) filminin Bakı çəkilişlərində film direktoru olaraq çalışıb. Əməkdar mədəniyyət işçisidir (2005).