Adil Zeynalov
Aktyor
Doğum tarixi:
20 fevral 1960
Vəfat tarixi:
12 mart 2020
Adil Ağakərim oğlu Zeynalov Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakultəsində təhsil alıb (1978-1983). Lənkəran Dövlət Dram Teatrında aktyor (1977-2002) və quruluşçu rejissor (2002-2020) kimi çalışıb. Teatrda tamaşalara quruluş verib. Əməkdar artist (2012) Adil Zeynalov 2020-ci ildə vəfat edib.