Ağaxan Salmanlı
Doğum tarixi:
29 oktyabr 1941
Vəfat tarixi:
29 fevral 2020
Ağaxan Vəli oğlu Salmanlı (Ağaxan Salmanov) Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində alıb. Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964, Rza Təhmasibin kursu). Peşəkar səhnə fəaliyyətinə 1964-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı və "Sənətkar" medalı (2016) ilə təltif edilib. Əməkdar artist (1979), Xalq artisti (2005) Ağaxan Salmanlı 2020-ci ildə vəfat edib, Suraxanı qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
-
Axırıncı aşırım
1971
tammetrajlı bədii film
Rollarda
-
"Ağ-qara" gecələr
2013
tammetrajlı bədii film
Rollarda
-
Axırıncı dayanacaq
2014
tammetrajlı bədii film
Rollarda