Ağəli İbrahimov
Rəssam
Doğum tarixi:
06 fevral 1946
Ağəli Müsəllim oğlu İbrahimov (Ağaəli İbrahimov) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1960-1966), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1969-1974) təhsil alıb.
1966-cı ildən beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.
Əməkdar incəsənət xadimi (2002), Xalq rəssamı (2006) Ağəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibidir.
Rəssam Ağəli İbrahimov aktrisa Naina İbrahimovanın atasıdır.