Aleksandr Alleqrov
Doğum tarixi:
16 aprel 1915
Vəfat tarixi:
24 may 1994
Aleksandr Qriqoryeviç Alleqrov (Aleksandr Sarkisov) Bakıda anadan olub.
12 yaşında evdən qaçaraq sirk truppasına qoşulub, amma bu uzun çəkməyib, evə qaytarıblar. 17 yaşında olanda evdən birdəfəlik qaçıb. Sirk truppası ilə qastrollar zamanı şən, aktiv olduğuna görə ona italyanca “alleqro” sözünə uyğun olaraq “alleqris” deyiblər. Bundan sonrakı həyatında bu soyadla tanınmağa başlanıb. Bakı Operetta Teatrında peşəkar əmək fəaliyyətinə başlayıb. 1946-cı ildə Rostav-na-Donu şəhərinə köçərək oradakı musiqili komediya teatrında işləməyə başlayıb. 1961-ci ildə Bakıya qayıdaraq Musiqili Komediya Teatrında çalışıb. 1976-cı ildə Moskvaya köçüb.
Rusiyanın (1959) və Azərbaycanın Əməkdar artisti Aleksandr Alleqrov 1994-cü ildə Moskvada vəfat edib.