Aleksandr Şarovski
Doğum tarixi:
10 fevral 1948
Vəfat tarixi:
09 sentyabr 2026
Aleksanr Yakovleviç Şarovski Bakıda anadan olub.
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb (1973).
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor (1967-1976), Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor (1976-1991), rejissor assistenti (1978-1990), quruluşçu rejissor (1991-1993), baş rejissor (1993-2026) kimi çalışıb. Odessa Rus Dram Teatrında, Rostov Dram Teatrında və Bəşir Səfəroğlu adına Moskva Miniatür Teatrında tamaşalara quruluş verib.
Xarici film istehsalçılarının “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya) qısametrajlı bədii filmində, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Asyanın atası rolunda çəkilib.
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri olub.
“Qızıl dərviş”, “Humay” mükafatları, “Şöhrət” (2008) və “Şərəf” ordenləri (2018) ilə təltif olunub.
Əməkdar artist (1988), Xalq artisti (1998) Aleksandr Şarovski 2026-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.