Allahverən Babayev

Aktyor

Doğum tarixi:

20 yanvar 1961


Allahverən Hacı oğlu Babayev Lerik rayonunun Mondigah kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1983-1987, Mehdi Məmmədovun kursu).

Məktəbdə oxuyarkən kiçik səhnəciklər hazırlaması ilə diqqəti cəlb edib. İlk addımları kənddə fəaliyyət göstərən “Lakdo” rəqs ansamblında olub. Biləsuvar rayonu Əskərabad kənd kitabxanasının müdiri (1982–1983) olub. 1987-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışır. Uzun müddətdir İcra hakimiyyətinin keçirdiyi Novriz bayramı tədbirlərində “Dədə Qorqud” rolunda çıxış edir.