Altay Məmmədov
Doğum tarixi:
15 may 1930
Vəfat tarixi:
15 iyul 2003
Altay Yusif oğlu Məmmədov (Altay Yusifoğlu) Gəncədə anadan olub.
4 saylı fəhlə-gənclər məktəbini bitirib. Saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləyib (1943-1949). Gəncə Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil alıb (1949-1953).
Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanılıb. “Gəncə fəhləsi” qəzetində (1951) korrektor, “Gəncə kommunisti” qəzetində məsul katibin köməkçisi (1953) və məsul katib (1953-1955), H.Zərdabi adına GDPİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim (1953), Yazıçılar İttifaqı Gəncə şöbəsinin sədri (1962-1989), Yazıçılar İttifaqı Gəncə zona şöbəsinin məsul katibi kimi fəaliyyət göstərib.
Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlayıb. Sonra kiçik hekayələri ilə diqqəti cəlb edib. "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1953-1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olub. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub. Dram əsərləri Azərbaycanda və kənarda tamaşaya qoyulub, əsərləri xarici dillərə tərcümələrdə çap edilib. Rus dilindən tərcümələri var.
Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965) Altay Məmmədov 2003-cü ildə Gəncədə vəfat edib.
Yazıçı Altay Məmmədov rejissor Elcan Məmmədovun atasıdır.