Əmir Pəhləvan
Doğum tarixi:
29 iyul 1959
Əmir Pəhləvan (Əmir Hacılı Pəhlivan oğlu) Şahbuzun Mahmudoba kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1980-1985).
Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), “Baku”, “Bakı” axşam qəzetlərində (1985-1988), “Azərbaycan müəllimi” qəzetində (1988-1990) müxbir işləyib, “İlham” qəzetinin təsisçisi və baş redaktoru olub (1990). 1995-ci ildə “Step” LTD kino şirkətini təsis edib. Pyesləri yerli və xarici teatrlarda səhnələşdirilib. Kitabları dünyanın bir çox ölkələrində müxtəlif dillərdə nəşr olunub.
Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatıdır.