Arzu Ağayeva

Aktrisa

Doğum tarixi:

09 sentyabr 1979


Arzu Zahid qızı Ağayeva (Arzu Şuşanova) Sumqayıtda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1996-2000).

Tələbəlik illərində səhnədə “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (Ə.Haqverdiyev) əsərində Güllü, “Solğun çiçəklər”də (C.Cabbarlı) Sara, “Təklif” (A.Çexov) tamaşasında Natalya Ştepanovna, “Yağışdan çıxdıq, yağmura düşdük” (N.B.Vəzirov) komediyasında Yetər rollarını ifa edib. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.

Aktrisa Arzu Ağayeva aktyor Tural Ağayevin həyat yoldaşıdır.